DÇ-2018: Final oyununu idarə edəcək hakim bəlli oldu

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa və Xorvatiya yığmaları arasında keçiriləcək final matçının hakim təyinatları açıqlanıb.

Yenicag.az xəbər verir ki, həlledici görüş argentinalı Nestor Pitanaya həvalə olunub. Ona həmyerliləri Ernan Maydana və Xuan Belatti yan xətt, hollandiyalı Byorn Kuypers dördüncü hakim qismində kömək edəcək.

İyulun 15-də Moskvadakı “Lujniki” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bundan bir gün əvvəl isə Sankt-Peterburqdakı eyniadlı stadionda Belçika və İngiltərə yığmaları arasında keçiriləcək görüş isə iranlı Alireza Faqaniyə tapşırılıb. Görüşə saat 19:00-da start veriləcək.

COP29