DÇ-2018: Finalı kim şərh edəcək?

Bu gün futbol üzrə dünya çempionatına yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, Moskvanın “Lujniki” stadionunda keçiriləcək mundialın final matçında Fransa və Xorvatiya yığmaları qarşılaşacaqlar. Bu oyunun qalibi dünya kubokunu başı üzərinə qaldıracaq.

Saat 19:00-da başlayacaq qarşılaşma “İctimai” televiziya vasitəsiylə canlı yayımlanacaq.

Artıq final oyununun şərhçiləri də məlumdu. Tanınmış şərhçilər Gündüz Abbaszadə və Tural Dadaşov möhtəşəm finalı azərbaycanlı azarkeşlər üçün şərh edəcəklər.