!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018-in ilk mükafatçısı məlum oldu

!Reklam – Yazi

Rusiyada keçirilən dünya çempionatı yekunlaşmaq üzrədi.

Yenicag.az xəbər verir ki, bu gün ilk mükafatçı məlum olub. Belə ki, Belçika ilə İngiltərə bürünc medal uğrunda mübarizədə üz-üzə gəlib.

Heyəti ulduz futbolçulardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapmaq arzusundaydı. Gənc oyunçulardan qurulan ingilislərin isə final yolunu Xorvatiya kəsmişdi. Qaret Sautqeytin komandası bürünc mükafatı növbəti böyük turnir üçün stimul olaraq görürdü.

Amma sonda sevinən Belçika yığması olub. Rəqibini iki cavabsız qolla məğlub edən bu komanda DÇ-2018-in bürünc medallarına sahib çıxıb.

DÇ-2018
3-cü yer uğrunda oyun
14 iyul

Belçika – İngiltərə 2:0
Qollar: Tomas Munye, 4. Eden Azar, 82.
Baş hakim: Alireza Fəqani (İran).
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu.

www.yenicag.az

7932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv