Dünya çempionatının B qrupunda mübarizə aparan Portuqaliya və İspaniya millilərinin görüşündə Kriştiano Ronaldo het-trikə imza ataraq, komandasına bir xal qazandırmağı bacarmışdı.
Yenicag.az xəbər verir ki, ulduz futbolçu vurduğu qollarla hər nə qədər ön plana çıxsa da, matçın gizli qəhrəmanı Joau Moutinyodur.
Belə ki, Ronaldonun 88-ci dəqiqədə cərimə zərbəsindən vurduğu möhtəşən qoldan sonra bütün komanda yoldaşları ona doğru qaçarkən Moutinyonun Joze Fonteyə xəbərdarlığı sayəsində İspaniyanın vuracağı qolun qarşısı alınıb.
Məsələ burasındadır ki, FİFA-nın qaydalarına əsasən qol sevinci qeyd edilən zaman bütün futbolçular meydanın rəqibə aid hissəsindən çıxarsa, bu zaman qolu buraxan komanda oyuna başlaya bilər.
Bunun fərqində olan Moutinyo da bərabərlik qolunun sevinci qeyd edilən zaman komanda yoldaşı Fonteyə xəbərdarlıq edərək, onun meydanda qalmasına nail olub.