Dünya çempionatında Meksikanın Almaniya üzərində qələbəsi ölkədə həm böyük sevincə, həm də zəlzələyə səbəb olub.
Yenicag.az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqədinsə İrvinq Lozanonun vurduğu qol zamanı paytaxt Mexikoda silkələnmə qeydə alınıb. Lakin bu zəlzələ elə də güclü olmayıb.
Peru – Danimarka matçı zamanı da birincilərin vətənində kiçik silkələnmə qeydə alınıb. Bu, Danimarkanın qapısına penalti təyin olunan zaman baş verib. Peruluların penalti sevinci silkələnməyə səbəb olsa da, Kristian Kueva “lotereya”dan yararlana bilməyib və qarşılaşma Danimarkanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, dünya çempionatı ilə əlaqədar digər Cənubi Amerika ölkəsi olan Uruqvayda məktəbələrdə tətil elan edilib.