DÇ-2018: Ronaldo üçün xüsusi mühafizə

Rusiyada keçiriləcək Dünya Çempionatı zamanı Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo xüsusi şəkildə mühafizə olunacaq.

Yenicag.az xəbər verir ki, ulduz futbolçunu MMA döyüşçüsü Qonsalo Salqado və sabiq desant Nuno Marekos qoruyacaq.

Marekos artıq Kiyevdə keçirilən Çempionlar Liqasının finalı zamanı Ronaldonu mühafizə edib.

Qeyd edək ki, Portuqaliya millisi mundialda İspaniya, Mərakeş və İran milliləri ilə mübarizə aparacaq.