!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DÇ-2018: Rusiyadan tarixi zəfər

!Reklam – Yazi

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, günün ilk matçı  H qrupunda mübarizə aparan Kolumbiya və Yaponiya milliləri arasında olub.

Oyunun əvvəlində azlıqda qalan birincilər “samuraylar” qarşısında tab gətirə bilməyib. Qarşılaşma Yaponiyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında isə Polşa Seneqalla qarşılaşıb. Bu görüşdə də qapılara üç qol vurulub. Qələbəni isə Afrika təmsilçisi bayram edib. Bununla da ilk tura yekun vurulub.

A qrupunda mübarizə aparan Rusiya isə ikinci matçına çıxıb. İlk turda Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə darmadağın edən meydan sahibləri bu dəfə Misirə qalib gəliblər. Bununla Rusiya SSRİ dağılandan sonra ilk dəfə qrupdan çıxmağa nail olub.

DÇ-2018
19 iyun

H qrupu

1-ci tur

Kolumbiya – Yaponiya – 1:2
Qollar: Kintero, 39 – Kaqava, 5, Osaka, 73.
Qırmızı vərəqə: Karlos Sançez, 3.
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).

Polşa – Seneqal 1:2
Qollar: Krixovyak, 86 – Çionek, 38-avtoqol. Nyanq, 61.
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).

A qrupu

2-ci tur

Rusiya – Misir 3:1
Qollar: Fathi, 47-avtoqol. Çerışev, 59. Dzyuba, 62 – Salah, 73-pen.
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).

www.yenicag.az

2879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv