DÇ-2018: Ruslar qələbəni kosmosda qeyd etdilər – VİDEO

Dünya Çempionatına ev sahibliyi edən Rusiya İspaniyanı məğlub etdikdən sonra zəfəri qeyri-adi şəkildə qeyd edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Kosmos Stansiyasında fəaliyyət göstərən kosmonavtlar Oleq Artemyev və Sergey Prokopiev ölkələrinin qələbəsini Yerdən kənarda qeyd ediblər. Matçı kompüter vasitəsilə canlı izləyən kosmonavtlar 4:3-lük hesabdan sonra sevinclərini sosial şəbəkədən paylaşıblar. Qələbə münasibətilə futbolçuları və rus azarkeşləri təbrik edən Artemyev bunun tarixi hadisə olduğunu söyləyib.

Qeyd edək ki, İspaniya ilə qarşılan Rusiya millisi 1/4 finala vəsiqə qazanıb.