!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: "Suaresi dişləyə bilərəm"

!Reklam – Yazi

Rusiya millisinin futbolçusu İlya Kupetov dünya çempionatının startından öncə maraqlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, müdafiəçi rəqib komandanın hücumçularını necə dayandıracağından söz açıb.

O, öncə Uruqvay millisinin forvardı Luis Suares barədə danışıb. Kupetov ulduz futbolçudan çəkinmədiyini bildirib: ”Suaresdən qorxuram? Əlbəttə yox. Ehtiyac olarsa, onu dişləyə bilərəm”.

“Spartak”ın futbolçusu Misir yığmasının superstarı Məhəmməd Salahdan da qorxmadığını qeyd edib: “Onun oynadığı futbol məni narahat etmir. Salahı Serxio Ramosun etdiyi kimi dayandıra bilərəm”.

Qeyd edək ki, Rusiya Misir, Uruqvayla yanaşı, Səudiyyə Ərəbistanı ilə A qrupunda yer alır. Mundialın açılış matçında ərəblərlə ruslar üz-üzə gələcək.

www.yenicag.az

3410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv