Rusiyada keçirilən dünya çempionatında Cənubi Koreyanın ötən gün Meksikaya 1:2 hesabı ilə məğlub olması futbolçuları məyus edib.
Yenicag.az xəbər verir ki, bu mənada ən çox seçilən oyunçu Son Xın Mindir.
Belə ki, qarşılaşmadan sonra ulduz oyunçu göz yaşlarını saxlaya bilməyib.
Məsələ burasındadır ki, Cənubi Koreya millisi mundialda medal qazanacağı halda futbolçular 21 aylıq hərbi xidmətdən azad ediləcəkdilər.
İndi Min Sonun son şansı 2018-ci ildə Asiya Oyunların qalibi olmaqdır. Onun çıxış etdiyi milli çempion olmasa, ulduz futbolçu əsgərliyə yollanmalı olacaq.
Qeyd edək ki, 25 yaşında olan “Tottenhem”in futbolçusu 28 yaşına qədər əsgərlik məsələsini həll etməlidir.