!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: Portuqaliya və İspaniya da 1/8 finalda!

!Reklam – Yazi

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, bu gün qrup mərhələsində son tura start verilib.

Əvvəlcə A qrupunda yer alan komandalar meydana çıxıblar.

Qrup mərhələsindən 1/8-ə vəsiqə qazanmış Rusiya və Uruqvayın duelində lider müəyyənləşib. Uruqvay turnirə ev sahibliyi edən rusları darmadağın edərək, liderliyi ələ keçirib. Keçirdikləri hər iki oyunda məğlub olan Səudiyyə Ərəbistanı ilə Misir isə meydana formal olaraq çıxıblar. Səudiyyə Ərəbistanı bu oyunda əzmkar qələbə ilə qrupu üçüncü pillədə tamamlayıb.

B qrupunda isə mübarizə daha maraqlı idi. Sözsüz ki, əsas diqqətlər İran – Portuqaliya matçına yönəlmişdi. Bu görüşdə qalib gələn tərəf 1/8 final mərhələsinə adlayacaqdı. İspaniya isə Mərakeşlə oyunda uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaqdı. Hər iki oyun heç-heçə bitib. Bu isə İspaniya və Portuqaliyanı növbəti mərhələyə çıxarıb.

DÇ-2018
25 iyun

A qrupu

Uruqvay – Rusiya 3:0
Qollar: L.Suares, 10. D.Çerışev, 23-avtoqol. E.Kavani, 90.
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. “Samara Arena”

Səudiyyə Ərəbistanı – Misir 2:1
Qollar: S.Ə.Fərəc, 45+6-pen. S.Ə.Davsari, 90+4 – M.Salah, 22.
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. “Volqoqrad Arena”

B qrupu

İran – Portuqaliya 1:1
Qollar: K.Ansarifard, 90+3-pen – R.Kuaresma, 45.
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk. “Mordoviya Arena”

İspaniya – Mərakeş 2:2
Qollar: İsko, 19. Y.Aspas, 90+1 – X.Butaib, 14. Y.E.Nəsiri, 81.
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad. “Kalininqrad” stadionu

www.yenicag.az

2575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv