DÇ-2022-də püşkatmanın vaxtı bəlli oldu

Futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib.

Yenicag.az ESPN nəşrinə istinadən xəbər verir ki, tədbir 2022-ci il aprelin 1-də keçiriləcək.

Mundialın təsnifat mərhələsinə bu ilin noyabrında yekun vurulacaq.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr – 18 dekabrda Qətərdə təşkil olunacaq./”Report”/