!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2022: Ev sahibləri məğlub oldular- YENİLƏNDİ 4

!Reklam – Yazi

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

Yenicag.az xəbər verir ki, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq./Report/

***

20:40

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda 2-ci qol vurulub.

Cənubi Amerika təmsilçisindən Enner Valensiya 31-ci dəqiqədə dubl edib.

***

20:20

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda vurulan ilk qol ləğv olunub.

Matçın baş hakimi Daniele Orsato VAR sisteminin qərarı ilə oyundakənar vəziyyət qeydə alıb.

***

20:06

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.

Mundialın ilk qolunu 3-cü dəqiqədə Cənubi Amerika təmsilçisindən Enner Valensiya vurub.

***

20:00

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu start götürüb.

“El-Bayt” stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv