DÇ-2022: Luka Modriç ilkə imza atdı

Xorvatiya millisinin futbolçusu Luka Modriç yeni uğura imza atıb.

Yenicag.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən dünya çempionatında Mərakeşə qarşı I tur matçında meydana çıxmaqla nail olub.

Modriç üç müxtəlif onillikdə həm dünya, həm də Avropa çempionatlarında oynayan ilk oyunçu kimi tarixə düşüb.

Xorvatiyalı futbolçu 4 mundialda (2006, 2014, 2018 və 2022) və dörd Avropa çempionatında (2008, 2012, 2016, 2021) forma geyinib.

Qeyd edək ki, Mərakeş – Xorvatiya matçında ilk hissə başa çatıb və görüşdə hesab açılmayıb.