2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı 4 ölkə namizədliyini rəsmən irəli sürüb.
Yenicag.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ABŞ, Kanada, Meksika və Mərakeş mundiala ev sahibliyi etmək üçün ali futbol qurumuna rəsmi sənədlərini göndərib.
Mərakeşdən fərqli, ilk 3 Şimali Amerika ölkəsi dünya çempionatını birlikdə təşkil etmək niyyətindədir.