DÇ-da komanda sayının artırılması FİFA-ya əlavə 640 mln. dollar qazandıracaq

infantino-dan-chapecoense-ye-bassagligi-2543291Futbol üzrə dünya çempionatının final mərhələsində iştirakçı komanda sayının 32-dən 48-dək artırılması FİFA-ya əlavə 640 milyon dollar qazandıracaq.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi əldə etdiyi məxfi hesabata istinadən məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatından başlayaraq turnirdə 16 qrupa bölünən 48 komandanın iştirak edəcəyinə dair sxem tətbiq etməyi planlaşdırır.

Agentliyin məlumatına görə, formatın dəyişdirilməsi barədə qərar qəbul olunarsa, o zaman təşkilatın xalis gəlirləri 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının yekunu üzrə proqnozlaşdırdığı 3,54 mln. dollara nisbətdə 4,18 mln. dollar təşkil edəcək.

Eyni zamanda qeyd olunur ki, komanda və oyunların sayının artırılması sayəsində gəlirlərin artması ilə yanaşı xərclər də çoxalacaq (325 mln. dollar).

İnfantino yeni təklifini FİFA Şurasının 9-10 yanvar tarixlərində Sürixdə keçiriləcək iclasları zamanı təqdim etməlidir.

Yeniçağ.Az