!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Debat başa çatdı - Poroşenko Zelenskini təhqir etdi - VİDEO/YENİLƏNDİ

!Reklam – Yazi

Poroşenko ilə Zelenskinin debatı başa çatıb. Onların hər ikisi Donbassdakı silahlı münaqişəni yada salaraq xalq qarşısında diz çöküb və son sözlərini deyiblər.

“Mən indi oğlu cəbhədən qayıtmayan anaların, atası cəbhədən qayıtmayan uşaqların, əri cəbhədən qayıtmayan qadınların qarşısında baş əyirəm”, – deyə Zelenski bildirib.

Poroşenko isə üzünü bayrağa çevirərək diz çöküb.

Prezidentliyə namizədlər debat zamanı bir-birlərinə qarşı qarşılıqlı ittihamlar da səsləndiriblər. Poroşenko Ukraynada baş verənlərdə birbaşa Rusiyanın və Vladimir Putinin, Zelenski isə Poroşenko və əhatəsinin günahkar olduğunu bildirib.

Debatı stadion tribunasından 22 min tamaşaçı izləyib.

***

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər – Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat başa çatıb.

P.Poroşenko yekun nitqində bildirib ki, aprelin 21-də prezident seçkilərinin nəticələrini qəbul edəcək:

“Amma 22 apreldə həyat davam edəcək və 22-də biz ölkəni birlikdə qorumaq üçün birləşməliyik. Əsas onu itirməməkdir”, – deyə o qeyd edib.

Poroşenko həmçinin diqqəti Krım və Donetsk hövzəsinə nəzarətin qaytarılması zəruruliyinə yönəldib.

V.Zelenski isə öz növbəsində seçkiqabağı proqramının əsas prinsiplərini sadalayıb. Bunlar hamının qanun qarşısında bərabərliyi, hakimlərin və deputatların toxunulmazlığının götürülməsi, prezidentin impiçmenti haqqında qanunun qəbulu, büdcədən maliyyələşən işçilərin maaşlarının artımı, infrastrukturun yaxşılaşmasıdır.

***

21:15

Debat zamanı Poroşenko Zelenskini “torba” adlandırıb.

“Siz torbada pişik deyilsiniz. Siz torbasınız və bu torbada bu gün şeytanlar və pişiklər var”, – deyə Poroşenko qəribə açıqlama ilə çıxış edib.

***

20:53

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər – Petro Poroşenko ilə Vladimir Zelenski arasında Ukrayna himninin oxunması ilə seçkiöncəsi debat başlayıb.

Yenicag.az xəbər verir ki, debata başlamadan öncə rəqiblər bir-birilərinin əlini sıxıblar. Debatı başlayan tərəf V.Zelenski olub.

Kiyevin mərkəzində hərəkət məhdudlaşdırılıb, stadionun ətrafı polislər tərəfindən mühasirəyə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları stadionun yerləşdiyi küçədə avtomobillərin dayanmasına icazə vermir.

Futbol meydanının fərqli nöqtələrində darvaza əvəzinə iki lövhə qoyulub: biri Poroşenko, ikincisi isə Zelenski üçün.

Qeyd edək ki, daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi debatı izləmək üçün stadiona 60 minədək tərəfdarın gələcəyini ehtimal etdiklərini, asayişi təmin etmək üçünsə 10 minədək polisin cəlb olunacağını açıqlamışdı.

www.yenicag.az

3516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv