!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dədə Süleymanın qızından GİLEY-GÜZAR: “Ad günündə atamı heç kim yad etmədi”

!Reklam – Yazi

“Atamla bağlı telekanallarımızdan və sənət dostlarından çox incimişəm”.

Bunu mərhum əməkdar artist, ustad xanəndə Dədə Süleyman Abdullayevin qızı Aygün Abdullayeva Yenicag.az-a açıqlamasında deyib.

O, atasının doğum günündə telekanallar və sənət dostları tərəfindən yad edilmədiyini təəsüflənərək bildirib:

“Atamın doğum günü oldu, amma heç kim yad etmədi. Bunu görəndən sonra belə qənaətə gəldim ki, sənət aləmində əsl dost yox imiş, hamısı gündəmdə qalmaq üçün bir şou imiş. Hər şey çox tez unuduldu. Amma çox qürur duyuram ki, mənim atam şou insanı olmayıb. O, sənət dünyasında elə möhür vurub gedib ki, xalqın yaddaşından heç vaxt silinməyəcək. Oxuduğu muğamlar, təsniflər həmişə ürəklərdə qalacaq və mən buna çox sevinirəm.

Atamla bağlı bir yeniliyi də paylaşmaq istəyirəm. Yazıçı Vaqif Rüstəmov atam haqqında “Səsin sorağında” adlı roman yazır və tezliklə bu roman işıq üzü görəcək.

Dədə Süleymanın həyatı və yaradıcılığı ilə bağlı bir çox maraqlı məqamlar o kitabda öz əksini tapacaq”.

Cəvahir

www.yenicag.az

948
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv