Müsahibimiz Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Mehrəli oğlu Bayramovdur.
– Vidadi müəllim, Qazax Xeyriyyə Cəmiyyəyinə sədr seçilməyinizi necə xatırlayırsız?
Cəmiyyətimizin yaradıcısı və ilk sədri görkəmli şairimiz Aslan Kəmərli idi. Bakıda,Sumqayıtda yaşayan eloğlularımız onun ətrafında sıx birləşmişdilər. Vətənimizin, doğma mahalımız Qazaxın müdafiəsinə, onun sərhədlərininin qorunmasına hazır idilər. Mən özüm də məsul dövlət vəzifəsində çalışmağıma baxmayaraq cəmiyyətin bütün işlərində fəal iştirak edirdim. 1992-ci ilin oktyabr ayının 24-də cəmiyyətimizin sədri Qazaxın erməni işğalçılarına qarşı mübarizəsinin əsas təşkilatçılarından biri olan Aslan Kəmərli avtomobil qəzasına düşərək həlak oldu. O vaxtlar Aslan müəllim “Xalq” qəzetinin mahalımız üzrə bölgə müxbiri vəzifəsində çalışırdı. Həm də xalqı erməni daşnaqlarına qarşı amansız mübarizəyə səsləyirdi.
Aslan müəllimin ölümündən sonra cəmiyyətin ümumi yığıncağı keçirildi və məni sədr seçdilər. Cəmiyyətin özünün ofisi yox idi. İndiki təhsil Problemləri İnsititunun binasında iki otaq ayırmışdılar. Sədr kimi ilk işim Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 80 illik yubleyinin keçirilməsi oldu. Cəmiyyətdə rəssam Qafar Sarıvəlinin çəkdiyi M.Dilbazinin şəkili divarda asılmışdı. Soruşdum ki, Mirvarid xanımın yubuleyi keçirilmir? Dedilər ki, kim keçirəcək? Hamının başı qarışıqdı. Qərar aldıq ki, ilk xalq şairəsinin yubileyini Filarmoniya da keçirək. Zal ağzına qədər dolmuşdu. İnsanlara yer catmırdı. Filarmoniyanın direktoru, xalq yazıçısı İsmayıl Şıxlı mənə dedi ki, son 10 ildə burada belə əzəmətli tədbir keçirilməyib. Tədbiri görkəmli şairimiz Həmid Abbas aparırdı. İsmayıl Şıxlı, akademik Teymur Bünayadov, xalq şairi Nəriman Həsənzadə, görkəmli nasirimiz Vidadi Babanlı və dövlət rəhbərləri M.Dilbazi ilə bağlı ürək sözlərini dedilər. Mən də təbrik nitqi söylədim və öz evimdən gətirdiyim xalçanı Cəmiyyətin adında Mirvarid xanıma hədiyyə etdim. Tədbirin sonunu geniş tərkibdə restoranda qeyd etdik. O gecə çox təntənəli və yaddaqalan oldu. Tədbirdə Azərbaycaın və mahalımızın çox görkəmli ağsaqqalarından olan İsmayıl Şıxlı, İmam Mustafayev, Tofiq Bagırov, İsa Hüseynov, Yusif Səməsoğlu, Həmid Abbas, Fərman Eyvazlı,Vəfa Quluzadə, Mürsəl Hekimov ,Seyid Bayrmov, Rəhim Qasımov, (Allah onlara rəhmət etsin) Vidadı Babanlı, Teymur Bünyadov, Nəriman Həsənzadə, Arif Rəhimzadə və Qazax Xeyriyyə Cəmiyyətinin fəalları iştirak edirdilər.
-Vidadi müəllim ölkəmiz üçün elə çətin dövrdə yubiley tədbirini belə təntənəli keçirməyiniz yadımıza Böyük Dünya Müharəsi illərində blokadaya alınmış Leninqradda ulu N.Gəncəvinin 800 illik yubleyinin keçirilməsini salır. Bu təşəbbünüzünə görə sizə təşəkkür edirik. O illər SSRİ-nin dağıldığı dövr idi. Respublikamızda hakimiyyət zəifliliyi və hərc-mərclik hökm sürürdü. Ermənistanla sərhəd rayonlarımızda, Naxçıvanda müharibə gedirdi. Xalq erməni daşnaklarının qarşısında əliyalın qalmışdı. Ordu təzə-təzə yaranırdı. Könüllülər arasında əlaqə zəif idi. Belə vaxtlarda Qazax Xeyriyyə Cəmiyyətinin işini necə qurması maraqlıdır. O, günləri nece xatırlayırsınız?
O dəhşətli günləri xatırlamamaq olmaz. Bakıda yaşayan qazaxlılar cəmiyyətimizə tez-tez gəlir, mahalımızda baş verən hadisələrlə yaxından maraqlanırdılar. Biz rayon rəhbərliyi və ordumuzun mahalımızda olan komandirləri ilə mütamadi olaraq əlaqə saxlayır və bizdən asılı olan hər şeyi edirdik ki, rayon əhalisi panikaya düşməsin, ordumuz düşmənlərə layiqli cavab versin. Mən təzə sədr seçilən günlərdən biri idi. Qazaxdan zəng vurub dedilər ki, hərbi hissələrdə akkumlyator olmadığı üçün heç bir texnika işləmir. Dedim ki, bununla bağlı İcra Hakimiyyətindən Nazirlər Kabinetinə rəsmi məkub göndərin. Məktuba əsasən 42 ədəd akkumlyator alıb Qazaxa yola saldım. Bu işdə Bəhruz Əliyev mənə yaxından kömək etdi.
Yenə bir gün gecə saat 3 və ya 4 olardı, ev telefonuna zəng gəldi. Qazaxdan idi. Hərbi hissədən Rəşid adlı bir nəfər dedi ki, “Vidadi qağa, Lökbatanda rus komandiri ayrı-ayrı adamlara tank verir. Onlara hörmət etmək lazımdır ki, bizə də tank versinlər. Səhəri gün Şirin Hacıkərimovla getdik. Rus polkovniki soruşdu ki, siz niyə gəlmisiniz? Dedim ki, Qazax və Agstafa hərbi hissələri üçün tank almağa gəlmişik. Söhbətimiz baş tutdu və istədiyindən də artıq “hörmət” etdim.
Rus polkovniki həvəsləndi və mənə dedi ki, sizə 4 tank, 2BTR və 2 BMP verəcəyəm. Bu texnikanı Respublika Dəmiryolu İdarəsinin rəisi Elburus Abdullayev və onun müavinləri İslam Əfəndiyev və Tofiq Mansurovun köməkliyi ilə Ağstafa yola saldım.
– Vidadi müəllim, siz həm də əslən Qazaxdan olan görkəmli ədəbiyyat və elm xadimlərimiz və ziyalılarımızla birlikdə doğma mahalımıza baş çəkir, onlara yardım aparır və bütövlüklə xalqı qələbəyə səsliyirdiz.
– O illərdə Qazaxa səfərlərimiz çox olurdu. İsmayıl Şıxlı, Vidadi Babanlı, Teymur Bünyadov, Nəriman Həsənzadə və digər görkəmli ziyalılar Qazax camaatını tək qoymurdular. Belə səfərlərin çoxunun təşkilatçılığını cəmiyyətin adından mən edirdim. Belə səfərlərin birində gecəni Daş Salahlıda qalası olduq. Kənd sovetinin sədri Sozalı Vəliyev və sovxoz direktoru Muxtar müəllim şikayət etdilər ki, əlimizdə bircə avtomatımız var. Onu da Şəmkirdən 80 000 rus rubluna almışıq. Daş Salahlı könüllülər ibarət hərbi dəstənin başçısı Hacıvəli dedi ki, bizə bir hərbi maşın lazımdır. Onlara söz verdimki, istəklərinizi yerinə yetirəcəyəm. Bakıya qayıddiqdan sonra Xətai rayon polis rəisi V.Kotova zəng etdim ki, mənə təcili avtomat lazımdır. O, mənə 5 ədəd avtomat, 3 min güllə gətirdi. Kbinetimdə ona 153 000 rus rubulu ödədim. Hacıvəliyə isə dəyəri 17 000 rubl olan QAZ 66 maşını göndərdim. Qazaxda olanda Muxtarla Sözalı məndən soruşdular ki, Vidadi müəllim bizim borcumuz nə qədərdi? Dedim ki, sizin borcunun Qazaxı və Daş Salahlını erməni daşnaklarından mərdliklə qorumağınızdır.
Ağstafada olarkən Poyluda yerləşən artilleriya batalyonunun komandiri Maqsud Aşurov dedi ki, Qradımız olmadığı üçün çətinlik çəkirik. Söz verdim ki, kömək edəcəyəm.
– Vidadi müəllim, bu dedikləriniz gənc oxucularımız üçün təəccüblü görünəcəkd. Sanki hamı silah alveri edir. Dedikləriniz nə qədər inandırıcıdır?
– Tamam doğru deyirsən. İndi hər şeyə dövlət nəzarət edir. Güclü ordumuz var. O vaxt belə deyildi axı. Hərcmərclik baş alıb gedirdi. Nə isə…. Yaşlı nəsil yaxşı xatırlayır .. Hə, Bakıya qayıdandan sonra Səttarxan adına zavodun direktoru Əyyam Hüseynovu yanıma çağırdım və dedim ki, Qazaxa 5 QRAD lazımdır. Onun əvəzinə sənə 10 QAZ66, 2 QAZ 31maşın verəcəyəm.
– Vidadi müəllim, siz onda hansı vəzifədə işləyirdiz?
Mən onda AZƏRMAŞ-ın baş direktoru idim. Bütün Respublikaya maşın və traktorları biz bölüb verirdik. Bir həftəyə Qradlar hazır olduvə onları Ağstafaya göndərdik. O ərəfələrdə Qazax icra hakimiyyətinin başçısı Cavançir Carçıyev zəng vurub xahiş etdi ki, təcili top lazımdır: bir 120mm, digəri isə 8mm. O vaxt ki, Sərdarov adına zavodun direktoru Fazil müəllimi çağırıb dedim ki, Qazax üçün 2 top düzəltdir. Ona lazım olan texnikanı ayırıb verdim. Top qurğularını Qazaxa yolladım. Qəbələdən bir ədəd zenit qurğusu, 4 yeşik güllə alıb, cəmiyyətin adından Qazaxa yolladım. Zenit qurğusun göndərdikdən sonra ona 1 “Kamaz”, 555 maşın verdim. Bunlardan başqa o dövrdə Qazax hərbi hissəsi üçün 10 dənə QAZ 66 (hər dəyəri 17 000 rubl) maşın verdim.
– Bildiyim qədərilə, cəmiyyət təkcə mahalımıza deyil, Qarabağ və digər bölgəlrə yardım əlini uzadırdı. Bu barədə nə deyə bilərsiniz?
Doğru deyirsən. O zamanlar Qazaxdan başqa digər rayonlara və qaçqınlara köməklik göstərirdik. Ağdam qaçqınları üçün bir KAMAZ geyim, yatacaq əşyaları və ərzaq apardıq. Bu işdə mənə o zamanlar Penitensiarner İdarəsinin məsul işçisi olan Nizami və Bayram Bayramov köməklik göstərdilər. Goranboyda yerləşən Xocalı qaçqınları üçün öz hesabımdan 3 ton və cəmiyyətin ümumi hesabından ərzaq məhsulları apardıq…
-Vidadi müəllim o dövrdə sizdən başqa əsgərlərə, qaçqınlara yardım edənlərdən kimləri qeyd edə bilərsiniz?
Ən əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəisi Abdullla Allahverdiyevin adını çəkə bilərəm. O hərbi hissələrə 3 maşın silah-sursat, paltar, ayaqqabı göndərmişdi. Bu zonadakı hərbi zavodun direktoru Məmməd Namazov əsgərlərimizi isti yeməklə təmin etmək məqsədilə çoxlu sayda 20-25 litirlik termoslar göndərdi. Polkovnik Tapdıq Osmanov erməni daşnaklarının yararsız hala saldığı xəstəxananı tam təmir etdirdi. Bundan başqa zavod direktoru Faiq Əfəndiyev, rabitə nazirinin müavini Omar Hüseynov, ayaqqabı fabrikinin direktoru Dursun Mustafayev, “Dəli Kür” restoranının müdürü Arif Əliyev, şirkət rəhbərləri Puşki Əhmədov, Vidadi Dəmirçiyev və başqaları qaçqınlarımıza və əsgərlərimizə geyim əşyaları, ərzaqla silah-sursatla köməklik göstərdilər. Cəmiyyətimiz Qarabağ rayonu üzrə məsul işçi Səfər Rəhimov və Bəhruz Dilbazinin də adları unutmaq olmaz.
– Sizin yaddaşınıza qibtə edirəm. Heç bir sənədə baxmadan bu qədər faktı yadda saxlamaq… Vidadi müəllim, xalqın təkidli tələbindən sonra Ümummilli Lider H.Əliyev yenidən hakimiyyətə qayıtdı. Az sonra atəşkəs elan olundu. Bu illərdə Cəmiyyətin sədri kimi hansı işləri qeyd edə bilərsiniz?
Doğrudur ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikada hər şey köklü sürətdə yaxşılaşmağa başladı. əvvəl nizami ordu yaradıldı və arəşkəs elan oldu. Bundan sonra xalq rahat nəfəs almaqa başladı. Qazax Xeyriyyə Cəmiyyəti isə daha çox kütləri xeyriyə təsbiri keçirir, görkəmli şair və yazıçıların yubleylərin qeyd etdik. Fəxri xiyabanda dəgn olunan görkəmli ədəbiyyat elm və incəsənəd xadimlərinin məzarlarıı ziyarət edir onlara ehtiramimizi bidirirdik. Bu işdə bizə cəmiyyətimizin idarə heyətinin üzvi hazırkı sədri profesir İlham Pirməmmədov maddi və mənəvi dəstəyini əsirgəmirdi.1994-cü ildən “Dəli Kür” qazetini nəşr etməyə başladıq.
– “Dəli Kür” qəzetinin çap edilməsinin maraqlı tarixi var…
Doğru deyirsən, 1994-cü il idi. Bir gün xalq şairimiz Nəriman Həsənzadə təklif etdi ki, cəmiyyət qəzetini təsis edək. Ən ciddi etirazı mən etdim. Çünki mətbuatdan uzaq idim, onu necə çıxaracağımı bilmirdim. Nəriman müəllim məni “ovsunlaya” bildi. Ona təklif etdim ki, qazetimizin adı böyük yazıçımız ismayıl Şıxlının romanın şərəfinə “Dəli Kür” olsun. İdarə heyətinin bir çox üzvü buna etiraz etdilər. Mən bu məsələ ilə bağlı İsmayıl müəllimlə görüşdüm. Əvvəlcə razı olmadı, mən israr etdim. Bir şərtlə razı oldu ki, çox şeir verməyək. Bir müddət buna əməl etdik. Sonra mümkün olmadı. Nə isə….. Bu dövrdə gördüyüm ən yaxşı işlərdən ən yaxşısı kimi ilk sədrimiz olmuş şair Aslan Kərimlinin abidəsinin hazırlanması və kəmərli kənd məktəbinə onun adının verilməsi oldu. Heykəltaraş İbrahim Aşırlı onun heykəlini düzəltdi və heykəli adını daşıdığı məktəbin həyətinə qoyduq.
Vidadi müəllim geniş müshabəyə görə çox sağ olun…
– Ürəyim doludur elimizə-obamıza mahalımıza nə etmişikdirsə yenə azdır. Sevinirəm ki, mən öz yerimi məhz profesor İlham Pirməmmədova verməklə heç də səhv etməmişəm. Az vaxtda çox böyük işlər görüb və görəcəkdir. Biz hamımız ona kömək etməliyik. Sözümun sonunda qanlı-xatalı günlərə bizimlə Qazaxa, Ağstafaya, Ağdama, Goranboya getmiş həmyerlilərimizi adını çəkmək istəyirəm ki, tarixdə qalsın. Ölənlərə Allah rəhmət etsin qalanlara can sağlığı arzu edirəm. Yaddaşımda belə bir siyahı yaşayır:
- Vidadi Bayramov
- Vidadi Babanlı
- Nəriman Həsənzadə
- Teymur Bünyadov
- Həmid Abbas
- Həmzə Əliyev
- Mürsəl Həkimov
- Bayram Bayramov
- Hüseyn Xəlilov
- Fərman eyvazlı
- Rövşən Babanlı
- Şirin Hacıkərimov
- Həsən Nəbiyev
- Yaqub Nəbiyev
- Sayad Yolçuyev
- Yolçu rəfiyev
- Eyvaz Eyvazov
- Fəridə Ləman
- Qərənfil Xəlilova
- Gülnarə Musayeva
- Aydın Yusubov
- Aslan Məmmədov
- Qərib Məmmədov
- Qəvvas Əhmədov
- İsa Cəfərov
- Qafar Sarıvəlli
- Firudun Orucov
- Ramiz Əliyev
- Məhəmməd Sarıvəliyev
- Ayaz Dərgahquliyev
- Süleyman Osmanoğlu
- Elşad Əzimov
- Şəmistan Nəzirli
- Elxan Musayev
- Rais Qaravəliyev
- Temuraz Orucov
- Vaqif Vəlibəyli
- Valeh Nəsivov
- Baba Mirzəyev (ansanbılı ilə birgə)
- Miskər Məmmədov
- Rahim Qasımov
- Nazilə Məmmədova
Yadımdan çıxan varsa məni bağışlasın.
Müsabəyə görə çox sağ olun.