Müğənni Səidə Sultan həmkarı Niyam Salami ilə bağlı gizlinlərini bölüşüb.
Yenicag.az xəbər verir ki, Səidə illər öncə Niyamın ona şou xatirinə sevgili kimi görünmələrini təklif etdiyini açıqlayıb.
Müğənni, həmçinin Niyamın eyni təklifi həmkarı Aynur Dadaşovaya da etdiyini etiraf bildirib.
O, Salaminin vaxtilə ona təklif etdiyi sevgi oyununa razı olmadığını bildirib və səbəblərini belə izah edib:
“Niyama heç vaxt o gözlə baxmamışam. O mənim qaqaşımdır. İnfarkt keçirərəm! Mənə elə ərə getmək lazım deyil. Bu gün də ərə gedə bilərəm. Camaata görə yalandan onu etmək istəmirəm. Mən getmirəm! Siz gedin xoşbəxt olun, mən olmuram”.
Səidə bunu “Şourum” verilişində açıqlayıb.
Nehru