“Dedilər, İlham Əliyevlə çəkdirdiyin şəkli polisə göstər, səni buraxacaq” – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Yenicag.az xəbər verir ki, polşalı müdafiəçi müsahibəsində gələcək planlarından danışıb.

Azərbaycanda rahat olduğunu bildirən Kuba legioner həyatı yaşamağa üstünlük verdiyini bildirib:

“Polşaya qayıtmağı düşünmürəm. Məcbur olmasam, ölkə xaricində çıxış etməyə üstünlük verəcəm. Xaricdə çıxış etmək cəhənnəmdən yaxşıdırAzərbaycan mənim üçün əlverişlidir, burada istirahət edirəm. İnsanlar bizə daha çox hörmət edirlər. Hətta burada azarkeşlərin dostu seçildim. Buna görə mənə mükafat da verdilər. Polşada isə yalnız məşq etməli və internetdən uzaq durmalı olurduq. “Qarabağ”a keçməkdə düzgün qərar vermişəm.

Jezniçak Bakıda başına gələn maraqlı əhvalatdan da söz açıb. O, sürətli maşın idarə etdiyi üçün yol polisi tərəfindən saxlanıldığını, “Qarabağ”ın futbolçusu olduğunu dedikdən sonra buraxıldığını bildirib:

“Prezident İlham Əliyevlə görüşə getməzdən öncə dostlarımdan biri mənə dedi ki, görüşdə ölkə başçısı ilə şəkil çəkdir. Həmin fotonu pulqabına qoy. Əgər yol polisi səni saxlasa, onlara göstər. Səni o dəqiqə buraxacaqlar”.

COP29