!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəfələrlə bıçaqladı, ölümünü izlədi - QAN DONDURAN CİNAYƏT- VİDEO/FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Batman bölgəsində baş verən dəhşətli cinayətlə bağlı yeni görüntülər ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, Batmanda qan davalısını dəfələrlə bıçaqlayan qatil yaralıya yardım etmək istəyənlərə də əngəl olub. 20 yaşlı oğlanın başı üstündə əlində taxta, bıçaqla dayanan qatil onun ölməsini gözləyib.

Cinayətkarın yayılan yeni görüntülərində o bir dostuna “Onların qanını içərəm” deyir.

20 yaşlı Suat Yüksekbağı kəsici alətlə yaralayan qatil hadisə yerinə gələn polis və təcili tibbi yardımın yaralıya kömək etməsinə imkan verməyib.

Polisin hadisəyə gec müdaxilə etməsi isə sosial mediyada insanlar tərəfindən tənqid olunub.

Yüksekbağı dəfələrlə bıçaqladıqdan sonra əllərindəki bıçaq və taxta ilə başında ölümünü gözləyən, polislərə və digər yardım etmək istəyənlərə əngəl olan R.K. və A.K. adlı qardaşların sorğuları davam edir.

Bundan əlavə hadisəyə erkən müdaxilə etməyən polis əməkdaşları barədə də məhkəmə işi başlayıb.

Natavan Abbaslı

www.yenicag.az

10066
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv