Şri-Lankada dəfn edildiyi bilinən şəxs bir ay sonra evinə qayıdıb.
Yenicag.az “NewsWire”yə istinadən xəbər verir ki, bölgədə qəza baş verib, və qəzada ölən bir şəxsin Perera olduğu sanılıb.
Dandiris Perera isə əslində sağ olub və koronavirusa görə tətbiq edilən komendant saatı səbəbindən bir ay evinə qayıda bilməyib.
Perera bildirib ki, bəlkə də öz məzarını görən ilk insandır: “Evə gəldiyimdə hər kəs şok olmuşdu. Onlara olanları danışmaq üçün polislə evə gəlməyimdim. Öz məzarını görən ilk şəxs ola bilərəm”
Məlumata görə, dəfn edilən cənazənin kimə aid olduğu hələ də müəyyənləşdirilməyib, kimliyi araşdırılır.