Dəfn mərasiminə toplaşanlara atəş açılıb: ölən və yaralananlar var

Dəfn mərasiminə toplaşanlar elə həmin gün öldürülən insanın xatirəsini yad etmək üçün ora toplaşıbmış

Çikaqoda iki nəfərin dəfn mərasiminə toplaşanlara tüfəng ilə atəş açması nəticəsində azı iki nəfər həlak olub, 8 nəfər yaralanıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, xəsarət alanlar dünən axşam elə həmin gün öldürülən insanın xatirəsini yad etmək üçün dəfn mərasiminə toplaşıbmış.

Yerli polis nümayəndəsi Entoni Qulyelminin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən insidenti hansısa başqa qruplaşmanın qisası kimi nəzərdən keçirir.

Yeniçağ.az