Meksikada 34 yaşlı Margarita adlı qadın qadın işə gedərkən 11 küçə itinin hücumuna məruz qalıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qadın hücum zamanı çoxlu qan itirdiyinə görə ölüb.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları qadının bədənində parçalanmaların olduğunu və saçlarının yolunub, qopduğu bildirib.
Heyvanları Xilasetmə Mərkəzinin ənəkdaşları itlərin tapılması üzrə axtarışlara başlayıb.
Polis hadisə ilə əlaqədar istintaq başladıb.