Dəhşət: 2 bacı başından güllələndi – Ata və qardaşlar tutuldu

Türkiyənin Afyonkarahisar rayonunun Çayüstü kəndində iki bacı – 20 yaşlı Aysel Şahin və 16 yaşlı Xədicə Şahin evlərində başlarından vurulmuş halda tapılıblar.

Yenicag.az xəbər verir ki, onların cansız bədənlərini qohumları aşkarlayıblar.

Polislər qızların atası və 2 qardaşını şübhəli şəxs qismində saxlayıb.

Kəndə giriş-çıxış bağlanılıb. Hazırda cinayətdə istifadə edilən silah axtarılır./Qafqazinfo/