Gəncədə orta yaşlı kişi damarını kəsərək özünə xəsarət yetirib.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1976-cı il təvəllüdlü İbrahimov Sabir həyat yoldaşı onunla barışmadığı üçün damarını kəsib. Yaralı xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./APA/