!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşət! Bakteriya qadını yeyib-gəmirdi – Yeni ana olan qadının "ətyeyən virus" kabusu - FOTOLAR

!Reklam – Yazi

ABŞ-da hər il “ətyeyən baklteriya”ya 1200 nəfər yoluxur. Həmin virus daşıyıcılarının 30 faizi sonda həyatını itirir. Olduqca ağrılı və əzablı xəstəlik dövrü kabus adlandırılır.

Yenicag.az xəbər verir ki, bu zaman periodundan keçən talesiz insanlardan biri də 35 yaşlı Lindsey Hubley olub.

Kanadada yaşayan qadın 2017-ci ilin martında bir oğlan uşağı dünyaya gətirir. O övladına Myles adını verir. Qadın doğuşdan 4 gün sonra özünü daima halsız hiss edib. Halsızlıq get-gedə artıb, titrətmə, qarın və baş ağrısı kimi əlamətlər biruzə veririb.

Xəstəxanada müayinələrin nəticəsi qorxunc olub. Qadının “ətyeyən bakteriya” virusuna doğuş zamanı yoluxduğu öz təsdiqini tapıb. Belə ki, doğuş zamanı ciftin bir hissəsinin daxildə qalması və vaginal yırtığın tikilməsi səbəbi ilə infeksiya orqanizmə düşüb.

İrəliləyən prosesdə qadının bədənində deformasiyalar meydana gəlib. Nəticədə isə qolları və ayaqları əməliyyatla kəsilib.

Lindsey Hubley aylarla davam edən müalicədə dözülməz ağrılarla mübarizə aparıb. 420 gün xəstəxanada qalan Lindsey analıq öhdəliklərini yerinə yetirməyə çalışsa da övladı ilə sağlam münasibət qurmaqda çətinliklər yaşayıb.

İnfeksiyanın sürətlə yayıldığı ərəfədə barmaqlarının yavaş-yavaş çürüdüyünün şahidi olub. Lindsey Hubley 17 fərqli dərmanla müalicə edilib, 32 dəfə bıçaq altına girib. Müalicəsi hələ də davam edən qadın bəzi dərmanları ömrünün sonuna kimi istifadə etmək məcburiyyətindədir.

Müalicə ərəfəsində qadının ən böyük dəstəkçisi isə ailəsi olduğu bildirilib.

Qeyd edək ki, infeksiya qapan insanlarda qızartı, ağrı müşahidə edilir. İkinci mərhəldə baş gicəllənmə, qusma, qabarma, dərinin rəngində dəyişiklik qeydə alınır./Medicina/

www.yenicag.az

5653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv