25 yaşlı F.Duranın narkotik aludəçisi olduğu, baş verən hadisədən sonra yaralı olan Aysel Perkgünün yanında oturaraq onun ölməsini gözlədiyi aşkar olunub.
Araşdırma zamanı aydın olub ki, cinayət törətməyə çalışan şəxs arvadını 1 yaşlı uşağının yanında döyüb, onun başında içki şüşəsi sındırıb, sonra onu hamam otağına kilidləyərək dəfələrlə bıçaqlayıb. A.Perkgünün yardım çağırışlarını eşidən qonşular polis orqanlarına xəbər verib.
104 bıçaq yarasından 8-i ölümcül olan Perkgün dərhal xəstəxanaya aparılıb. Polis isə F.Duranı həbs edib.