DƏHŞƏT! – Bir ailənin 5 üzvü zəhərləndi

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Yanıqlı nümayəndəliyinin Məşədilər kəndində qeydə alınıb.

Bir ailənin beş üzvü – 1957-ci il təvəllüdlü Əhmədova Xanım Sabir qızı, 1986-cı il təvəllüdlü Əhmədov Taleh Əli oğlu, 1995-ci il təvəllüdlü Cəfərova Aysel Cümşüd qızı, 2014-cü il təvəllüdlü Əhmədov İlkin Taleh oğlu və 2015-ci il təvəllüdlü Əhmədov Nihat Taleh oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, onlar dağdan yığıb yedikləri bitkidən zəhərləniblər. Hazırda vəziyyətləri qənaətbəxş hesab olunur./Apa/