İŞİD-in özünə paytaxt elan etdiyi Suriyanın Rakka şəhərində qandonduran hadisə baş verib.
20 yaşlı İŞİD-çi Əli Sakr doğma anasını dini ideyalardan uzaqlaşdığı üçün məhkəməyə verib.
İŞİD liderlərinin iştirak etdiyi məhkəmə qadına ölüm hökmü çıxarıb. Bundan sonra, Əli Sakr məhkəmənin qərarını şəxsən icra edərək anasının başını kəsib.
Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə gəncin anası oğluna İŞİD-dən ayrılmağı və hökumət qüvvələrinin nəzarətində olan əraziyə qaçmalarını təklif edibmiş.(modern)