Dəhşət – Koronaviruslu pizza kuryeri 72 ailəni yoluxdurdu

Hindistanın şəhəri Dehlidə ən azı 72 ailəyə pizza çatdıran kuryerdə yeni növ kronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Maliviya Nagarda pizza çatdırılam şirkətində işləyən oğlanda simptomlar 20 gün ərzində bilinib. Kuryerin bu 20 gün ərzində əsasən Maliviya Nagar və Hauz Xas ərazilərində yaşayan 72 ailəyə pizza çatdırdığı məlum olub.

Şirkət 14 günlük bağlanıb. İndi gəncin Dehlidə bir xəstəxanada müalicə aldığı qeyd edilib.

Həmçinin bildirilib ki, həmin ailələr və çatdırılma agentinin 17 həmkarı da karantin altına alınıb.

Gəncin xaricə səfər etmədiyi və alıcıların birindən yoluxduğu güman edilir.

Qida çatdırılması şirkətinin rəhbəri Zomato açıqlamasında bildirib ki, insanların qida tədarükü ilə bağlı qorxularını aradan qaldırmaq məqsədilə Zomato restoranın bütün əməkdaşlarımızdan maska ​​taxmağı və tədbir görmələrini xahiş etmişik.

“Virusa yoluxmuş həmən əməkdaşımıza ilə işləyən bütün işçilərimizin analizləri mənfi çıxıb.

Qeyd edək ki,  Delhidə 1578-dən çox yoluxma faktı faktı aşkarlanıb. Dehli Hindistanda koronavirus hadisələrinə görə, paytaxt Maxaraştradan sonra ikinci ən çox yer tutur. Dünən Dehlidə koronavirusla əlaqəli iki ölüm hadisəsi baş verib və bununla da ölənlərin sayı 32 nəfərə çatıb.