DƏHŞƏT: Liftdə skuteri PARTLADI – Bədəni 60 faiz yandı – ANBAAN VİDEO

Rusiyanın Krasnodar şəhərində liftin içərisində olan skuter partlayıb.

Yenicag.az NTV-yə istinadən xəbər verir ki, 37 yaşlı şəxs səhər işə gedərkən nasazlıq hiss etdiyi skuterini təmirə aparmaq üçün özü ilə götürüb. Kişi liftdə olarkən partlayış baş verib.

Hadisə nəticəsində skuterin sahibi ağır yaralanıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Məlumata görə, həmin şəxsin bədəninin 60 faizi yanıb. 3-cü dərəcəli yanıqları olan şəxsin müalicə olunduğu bildirilib.

Yararsız hala düşən lift istismardan çıxarılıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.