DƏHŞƏT! Qonşusunu başından bıçaqlayıb

Mingəçevirdə 58 yaşlı kişi başından bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Bəhmən Mustafayev baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni B.Mustafayevin qonşusu törədib.

Faktla bağlı araşdırma aparılır.