DƏHŞƏT: Sabiq güləşçi avtomobildə yanaraq ÖLDÜ – FOTO

Bakı-Astara avtomobil yolunun Ələt qəsəbəsindən keçən hissəsində yol qəzası zamanı yanaraq ölən sürücünün kimliyi məlum olub.

Report xəbər verir ki, hadisə Bakı-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq ölüb.

Qeyd edək ki, F.İmanov postsovet dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub. O, son illər sərbəst güləş üzrə məşqçi-müəllim işləyirdi. Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Astara avtomobil yolunun Ələt qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.

APA xəbər verir ki, Salyan sakininin idarə etdiyi etdiyi “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Daha sonra avtomobil yanıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər çıxa bilsə də, sürücü yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.