Dəhşət saçan zirzəmi – Paranormal hadisələr + Video

Stadionun soyunma otağında təhlükəsizlik işçisi paranormal hadisə ilə rastlaşıb.

Yenicag.az xəbər verir, Argentinanın paytaxtında “Tomas Adolfo Duko” futbol meydançasında işləyən gecə gözətçisi Raul Arquelo baş verən sirli hadisə haqqında danışıb.

Paylaşdığı həmin hadisənin görüntüləri dərhal Fövqəltəbii tədqiqatçıların diqqətini cəlb edib.

Raul zirzəmidə həmişə qəribə narahatlıq və qorxu hiss etdiyini, sanki günün qaranlıq vaxtlarında görünməz müşahidəçilərin peyda olduğunu bildirib.

Arquelo deyib ki, həmən gecə zirzəmidən yüksək səslər gəlirdi. Bundan təəcccüblənən gözətçi zirzəmiyə düşdükdə soyunma otağğının qapısının öz-özünə açılıb bağlandığını görüb. Kənar şəxsin olma ehtimalını düşünərək vəzifə borcuna görə otağa girib.

İlk baxışda içəridə qeyri-adi heçnə görməyib. Çəkiliş aparmağa başlayanda onun kamerasının obyektivinə insan seluletinə bəzər yayılmış kölgə düşüb.

Arquelo növbəsi başa çatan kimi vəzifədən dərhal istefa verib. O, bildirib ki, heç bir maddiyyat şeytanlarla yan-yana oturmağa dəyməz. “Şeytan və ruhlarla ünsiyyət mənə görə deyil. Onlarla nə Allah, nə də şeytana inanmayan başqa gözətçilər məşğul olsun”.