!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏT! Sərnişin təyyarəsi qəzaya uğradı

!Reklam – Yazi

Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin ehtimala görə, təyyarə havaya qalxarkən hündürlüyü itirib və beton hasarın arasından keçib. İkimərtəbəli bina ilə toqquşma olub. Dərhal xilasetmə işlərinə başlanılıb, yanğın baş verməyib.

İlkin məlumata görə,  “Uşaq Təcili Tibbi Yardım Mərkəzinə 8 uşaq travma ilə şüurlu vəziyyətdə çatdırılıb. Travma ilə daha 5 yetkin insan xəstəxanaya çatdırılıb. 4 nömrəli Klinik Xəstəxanaya 17 xəstə son dərəcə ağır vəziyyətdə qəbul olunub. 14 nəfər hadisə yerində ölüb”deyə qeyd olunub.

Son məlumatlarda isə ölənlərin sayı 15 nəfərə çatdığı bildirilib.

Aviaşirkətin internet saytındakı məlumata görə, ehtiyatında olan təyyarələr ortamənzilli “Fokker 100” tipli sərnişin təyyarələridir. Qəzanın səbəbləri dəqiqləşdirilənə qədər bu tip təyyarələrin uçuşları müvəqqəti olaraq dayandırılıb.

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv