Xəbər verdiyimiz kimi İndoneziyada sunami baş verib.
Yenicag.az xəbər verir ki, ölkənin məşhur musiqi qrupu “Seventeen”in dənizkənarında konsert verən zaman səhnə sunami nəticəsində dalğaların altında qalıb. Qrupun bir neçə üzvi fəlakət nəticəsində ölüb.
Qeyd edək ki, sunami Yava və Sumatra adaları arasındakı Sunda körfəzində baş verib. Hadisə nəticəsində 222 nəfər ölüb, 745 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb.