Dəhşət – Tələbənin şəkil çəkdirmək istəyi ölümünə səbəb oldu

ABŞ-ın Nyu-York şəhərindəki Fordhem Universitetinin 22 yaşlı tələbəsi Sidney Monfris şəkil çəkdirərkən ölüb.

Yenicag.az xəbər verir ki, o, dostları ilə “Keatinq Hall” saat qülləsinə çıxaraq şəkil çəkdirmək istəyib.

Qülləyə dırmanarkən Monfris anidən yıxılıb və qüllənin içindəki spiral formalı pilləkənlərdən aşağı yuvarlanıb. 12 metr hündürlükdən yıxılan qız ağır xəsarətlər alıb. Dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin qülləyə kənar şəxslərin girişi qadağandır. Tələbələrin ora necə girdiyi araşdırılır. /Qafqazinfo/

\