Dəhşətli avtobus qəzası – 28 nəfər öldü

Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobus aşıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində Almaniyadan gələn 11-i kişi, 17-si isə qadın olmaqla 28 turist ölüb.

Avtobus sürücüsü və bələdçi ağır travmalarla xəstəxanaya yerləşdirilib. Onların hər ikisi portuqal əsillidir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Məlumata əsasən, qəza yerli vaxtla saat 18:30-da Santa-Kruş rayonunda baş verib.