Dəhşətli avtobus qəzası – 4 ölü, 42 yaralı – VİDEO

Türkiyənin Balıkəsir şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.