Dəhşətli avtobus qəzası: 41 ölü

b499320e89f06161954e454cf2f320c5Argentinanın şimal-qərbində yerləşən Salta əyalətində jandarma avtobusunun yarğana yuvarlanması nəticəsində azı 41 nəfər ölüb.

Bu barədə TN telekanalı məlumat yayıb.

Məlumata görə, onlarla hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər xəstəxanaya çatdırılıb.

Digər iki avtobusda olan hərbçilər xilasetmə əməliyyatlarında iştirak ediblər.

Yerli jurnalistlərdən birinin sözlərinə görə, avtobusun yarğana yuvarlanmasına texniki nasazlıq səbəb olub.