Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dəhşətli avtobus qəzası - Ölənlər arasında sərnişinlər varmı? - BNA-dan AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev paytaxtda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı açıqlama verib.

Yenicag.az-a danışan qurum sözçüsü qəzada sərnişinlərin xəsarət almadığını bildirib:

“Bir qədər əvvəl R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb.

Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) sərnişin avtobusunun qarşısına çıxaraq onunla toqquşub. Sərnişinlər arasında xəsarət alan yoxdur”.

Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır”.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin orta-ağır olduğu bildirilib.

Cəvahir

Loading...

www.yenicag.az

2096
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100