!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏTLİ CİNAYƏT: Cinsiyyət orqanını kəsdi, cəsədi parçaladı, "kislota" ilə yandırmaq istədi... - FOTOLAR

!Reklam – Yazi

Antalyada itkin düşən, cəsədi çuxurda tapılan Süleyman Əkəni öldürən, ömürlük həbs cəzasına məhkum edilmiş iki qardaşdan Oktay Yılmazın sözləri hər kəsi şoka salıb.

Yenicag.az xəbər verir ki, Antalyada yaşayan Süleyman Əkənin Diyarbəkirdə yaşayan anası Sultan Akhan oğlundan xəbər ala bilmədiyi üçün 13 yanvar 2020-ci il tarixdə polisə müraciət edib. Oğlunu ən son 8 yanvar tarixində gördüyünü bildirən ananın müraciətindən sonra polislər hərəkətə keçib. İlk olaraq Süleyman Əkənin evinə baxış keçirilib.

Telefon danışıqları təqibə alınan Süleyman Əkənin ən son qadın saç ustası Oktay Yılmaz və qardaşı Mehmet Yılmaz ilə görüşdüyü ortaya çıxıb. Bundan sonra telefon siqnalının ən son qardaşların anasının evindən gəldiyi müəyyənləşdirilib və onlar nəzarətə götürülüb.

Polislər aprel ayında evin ətarfında xüsüsi itlərlə qazma işləri aparıb və Sülyman Əkənin cəsədinin parçalarını aşkarlayıb. Bütün axtarışlara rəğmən, cəsədin başı, boyun və sinə qəfəsi tapılmayıb.

Nəzarətə götürülən qardaşlar həbs edilib. Antalya Baş Prokurorluğu tərəfindən onların hər ikisinə ömürlük həbs cəzası tələbilə iddianamə hazırlanıb.

Cinayətkarlardan Oktay Yılmaz Antalya 5-ci Ağır Cəza Məhkəməsində cinayətini etiraf edib: “Mən bu adamı öldürdüm, amma istəyərək və bilərək etmədim”.

Mərhumla 2 il əvvəl tanış olduğunu bildirən Oktay Yılmaz ondan tez-tez faizlə borc aldığını bildirib.

“Hadisə baş verən gün 2000 lirə ödəyəcəkdim. Ancaq yanımda 500 lirə var idi. Telefonda bunu ona bildirdim və yaxın zamanda pulun geri qalanını ödəyəcəyimi dedim. Telefonda mənimlə yüksək səslə danıışdı, mən də “Ala bilirsənsə, gəl al pulunu”, – dedim. Söhbətin ardınca axşam 19:00 – 20:00 aralığında ofisə gəldi. Mənə söyüş söydü, düzgün danışmasını istədim. Daha sonra üstümə silah çəkdi. Silahı görəndə qorxdum və cəld silah olan əlini tutdum. Həmin an silahdan atəş açıldı. Sonrasını xatırlamıram, amma necə olubsa, mətbəxdən bıçaq götürüb cinsi orqanını kəsmişəm”.

Oktay Yılmaz özünə gələndə qardaşı Mehmet Yılmaza zəng edib. Ona cinayət barədə heç nə deməyən Oktay qardaşı ilə birlikdə bara gedib, içki içib.

Gecənin sonunda ofisə qayıdan cani Süleymanın cəsədini bıçaqla kəsməyə çalışıb. Alınmadığını görəndə isə ağac mişarı ilə cəsədin qol və ayaqların bir-birindən ayırıb. O bildirib ki, bunu etmək səhərə kimi vaxtını alıb. Daha sonra cəsədi hamama sürüdüyünü, parçaları torbaya yığdığını deyib.

Cinayətin ikinci günü Oktay Yılmaz cəsədin torbaya yığdığı qol və ayaqlarını anasının yaşadığı evin həyətində tullantılar olan çuxura atıb. O, həmçinin cəsədin gövdə və baş qisimini bir konteynerə atdığını etiraf edib.

Hazırda məhkəmə prosesi davam edir.

Natəvan Abbaslı

www.yenicag.az

831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv