!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli cinayət - Sevgilisini bıçaqladı, stul ilə döydü, sonrada əzdi - VİDEO - FOTO

!Reklam – Yazi

136 kiloqramlıq qadın sevgilisinin üstünə çıxaraq onu öldürüb.

Yenicag.az xəbər verir ki, 44 yaşlı qadını cinayətə görə 18 ildən 36 ilədək həbs cəzası gözləyir. 44 yaşlı Vindi Tomas həmyaşıd sevgilisi Kino Batleri onun üstünə çıxıb, boğaraq öldürüb. ABŞ-ın Pensilvaniya ştatının Eri şəhərində yaşayan Tomas cinayəti törədərkən sərxoş halda olub. O, əvvəlcə sevgilisini bıçaqlayıb, sonra stulun qırılmış ayağı ilə onu döyüb sonra da üstünə çıxaraq əzməyə başlayıb.

Qadının vəkili isə iddia edir ki, Tomasın Batleri öldürmək niyyəti olmayıb, o, çəkisi ağır olduğuna görə qadının altında qalaraq ölüb. Prokuror isə Batlerin döyülməsi və bıçaqlanması ilə bağlı sübutları nümunə göstərib.

Qeyd edək ki, Tomas sevgilisini öldürdükdən sonra 911-ə zəng edərək “sevgilimi öldürdüm” deyib.

www.yenicag.az

3348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv