Dəhşətli HADİSƏ – Gözə edilən döymə korluğa səbəb oldu

Gözünün içinə döymə etdirən qızın görmə qabilliyyəti sıradan çıxıb.

Yenicag.az xəbər verir ki, Avstraliyada yaşayan Amber Luke adlı xanım gözünün ağına döymə etdirib. Gənc qız gözünün ağını mavi etdirmək üçün 40 dəqiqəlik prosesdən keçməli olub. Proses bitdikdən sonra isə görmədiyinin fərqinə varıb.

Döymə etdirdikdən sonra 3 həftə müddətində qız heç bir şey görə bilməyib. Yalnız 21 gündən sonra onun görməsi tədricən bərpa olub.

A.Luke bildirib ki, proses düzgün edilmədiyi üçün kor qalıb. O birdaha görə bilməyəcəyini düşündüyünü və çox qorxduğunu bildirib.

COP29