Dəhşətli hadisə: Kran aşdı, 5 nəfər öldü – FOTO

Türkiyənin İzmir şəhərində bədbəxt hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, hotel inşaatında yuxarı qaldırılan kran ortadan bölünüb.

Əraziyə çoxlu sayda xilasedici və təcili yardım maşını cəlb edilib.

Qorxunc qəzada 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.