Batan yoldaşını xilas etməyə çalışan yeddi məktəbli çayda boğulub.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dəhşətli hadisə Çində baş verib.
İlkin məlumatlara görə, ibtidai sinif şagirdləri su anbarının yaxınlığında oynayan zaman uşaqlardan biri təsadüfən suya yıxılıb. Qalan yeddi uşaq isə ona kömək etmək istəyiblər, ancaq çaydan çıxa bilməyiblər.
Misn yaşayış məntəqəsinin yerli hökuməti 200 nəfərin iştirakı ilə xilasetmə əməliyyatına başlasalar da, onları xilas etmək mümkün olmayıb. Axtarış zamanı səkkiz uşağın meyiti tapılıb.