ABŞ-ın Utah əyalətində dəhşətli intihar hadisəsi baş verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ailəsi ilə dalaşdığı üçün polis tərəfindən göz altına alınan 42 yaşlı Duane Youd adlı pilot təyyarəni evlərinin divarına çırpıb.
Hadisə nəticəsində pilot ölüb, ev yanaraq yararsız hala düşüb.
Verilən məlumata görə, hadisə zamanı evdə 2 nəfər olub. Lakin xoşbəxtlikdən onlar ciddi xəsarət almayıb.