Dəhşətli partlayış – 10 ölü, 19 yaralı

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Yenicag.az xəbər verir ki, özəl təhlükəsizlik şirkətinə bombalı hücum nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb.

Taliban terror təşkilatı olayın məsuliyyətini üzərinə götürüb.

Hazırda ərazidə polislə terrorçular arasında silahlı atışma davam edir.